hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Qaxda iki minik avtomobili toqquşub: Biri azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

Qaxda iki minik avtomobili toqquşub: Biri azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

Qaxda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində qeydə alınlb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri - yaşyarımlıq uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların müayinəsi Qax RMX-da aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Cebhe.info


Oxunma sayı: 485