hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Qaxda məktəb binalarının açılış mərasimi keçirilib

Qaxda məktəb binalarının açılış mərasimi keçirilib

Qax rayonunda Elçin Şahmərdanov adına Tasmalı kənd və Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəblərinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, açılış mərasimində çıxış edən nazir müavini İdris İsayev bildirib ki, son bir neçə ildə ölkəmizdə 4 500-ə yaxın məktəbdən təxminən 3 mini əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib.

Qeyd edək ki, Tasmalı kəndində 264, Əlibəyli kəndində isə 216 şagird yerlik məktəb binalarında sinif otaqları ilə yanaşı 11 fənn kabineti, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəb binalarında müasir istilik və müşahidə sistemləri quraşdırılıb.

Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbində 273 nəfər şagirdin təlim-tərbiyəsi ilə 30  müəllim, Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbində isə 161 nəfər şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. 

2018-2019-cu tədris ilində Elçin Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbini bitirən 16 məzundan 10-u ali təhsil müəssisələrinə, 3 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunub. Şota Rustaveli adına Əlibəyli kənd tam orta məktəbini ötən il bitirən 16 məzundan 7-si Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunublar.

Cebhe.info


Oxunma sayı: 716