hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Qaz böhranı ölkəni bürüyüb: “Azəriqaz”-dan rəsmi açıqlama

Qaz böhranı ölkəni bürüyüb: “Azəriqaz”-dan rəsmi açıqlama

İyunun 11-də günorta saatlarından etibarən İsmayıllı rayonuna mavi yanacağın verilişi dayandırılıb.

Bu gün isə eyni hadisə Sumqayıtda baş verib.

Görəsən, qazın kəsilməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev bildirib ki, qazların kəsilməsi təmirlə bağlıdır:

“Sumqayıt şəhərində qazların kəsiləcəyi ilə bağlı əvvəlcədən məlmat vermişdik. Orada qazların kəsilməsi Sumqayıt şəhərinin Sülh küçəsində yeni çəkilmiş diametri 315 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır. Şəhərin bir hissəsində, 1,5,6-cı mikrorayonlarda saat 9-dan işlərə başlanılıb, gün ərzində işlərin yekunlaşdırılacağı gözlənilir. Yeni çəkilmiş qaz xətti digər qaz xəttinə birləşdirildikdən sonra təbii qazın verilməsi gün sonuna kimi bərpa olunacaq.

İsmayıllı rayonunda isə diametri 1020 mm-lik magistral qaz kəmərinin birinci xəttində, Qazıməmməd-Qazax qaz xəttində və qollarında bir neçə yerdə qaz sızması baş verib və bununla əlaqədar qazlar kəsilib. Bildirim ki, artıq ötən gün saat 20:10 radələrindən qaz təchizatı bərpa olunub”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 870