hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Qazaxda qumbara və top mərmisi tapılıb 

Qazaxda qumbara və top mərmisi tapılıb 

Qazax rayonunda əl qumbarası, alışdırıcı və top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Mia.az-a verilən məlumata görə, sentyabrın 10-u 12:09-da Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Qazax rayonunun Daşsalahlı və Kəmərli kəndləri ərazisində əl qumbrasının, alışdırıcının və mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Daşsalahı kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası və tərkibində heç bir partlayıcı maddə olmayan MVÇ-62 partladıcısı, Kəmərli kəndi ərazisində isə 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 1 200 kv.m əraziyə yerüstü, 250 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Cebhe.info


Oxunma sayı: 496