hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qazaxıstan öz peyvəndini sınaqdan keçirir

Qazaxıstan öz peyvəndini sınaqdan keçirir

Qazaxıstan koronavirusa qarşı peyvəndin klinik sınaqlarına başlayıb.

Cebhe.info xəbər verir ki, peyvənd qazaxıstanlı mütəxəssislər tərəfindən hazırlanıb.

Bu barədə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin saytında məlumat verilib. Nazirlik bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tədqiqatların birinci və ikinci mərhələlərini aparmaq üçün 244 könüllünün peyvəndlənəcəyinə icazə verib. Peyvəndin klinik sınaqlarında 18 ilə 50 yaş arası sağlam könüllülərin iştirakı qeyd edilib.

Bundan əvvəl Qazaxıstan, koronavirusa qarşı Rusiyanın “Sputnik V” peyvəndinin qəbuluna razılıq verib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 771