hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Qazaxıstanda sistem də dəyişir? - Varis planı hazırdır - RƏY

Qazaxıstanda sistem də dəyişir? - Varis planı hazırdır - RƏY

Xəbər verildiyi kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.

Bu barədə o, bu gün verdiyi bəyanatında bildirib: “Mən prezident səlahiyyətimə xitam vermək barədə qərar qəbul etdim”. 

Qazaxıstan prezidentinin istefasından sonrakı gözləntilər nədir? 

Siyasi şərhçi Azər Qasımlı Cebhe.info-ya açıqlamasında deyib ki, Nazarbayev əvvəlcədən istefa verəcəyini bilirdi: “O, 30 ilə qədər idi ki, hakimiyyətdə idi. “Bu gün çıxdı, istefa verdi” kimi fikir ola bilməz. Nazarbayevin istefası müsbət addımdır. İnsan 30 il hakimiyyətdə qala bilməz. Bu müddət təbii ki, çoxdur. Bunu anlayıb istefa veribsə, nə gözəl... Təbii ki, ondan sonra kimlər hakimiyyətə gələcək, nə edəcək, bununla bağlı da Nazarbayevin müəyyən düşüncələri var. O, avtoritar rejim qurmuşdu. Qazaxıstanda demokratiyadan söhbət gedə bilməz.

Məsələn, Azərbaycandan fərqli olaraq həmin ölkədə iqtisadiyyat daha azad idi, monopoliya yox idi. Nazarbayev daha əvvəlcədən Qazaxıstanda siyasi sistemdə dəyişikliklər edəcəyini bilmirdi və təxminən 1,5 il əvvəl Qazaxıstanın parlament respublikası elan olunması ilə bağlı fikirlər də səsləndirmişdi. Böyük ehtimalla onun varisi var. Ola bilsin ki, Qazaxıstan parlamentar respublikaya keçsin. Hesab edirəm ki, Qazaxıstan parlamentar respublika olsa belə, bu, demokratik ölkə olacağına dəlalət etməyəcək. Yəni, Qazaxıstanın ondan sonra daha demokratik olmasına inanmıram. Ola bilsin ki, Qazaxıstan Qərblə, Amerika ilə daha açıq və yaxın münasibətlərə start versin. Amma bu da Qazaxıstanın demokratik olacağına dəlalət etmir. Yenə də Azərbaycanla bu ölkəni müqayisə etsək, Qazaxıstanın ən önəmli tərəfi iqtisadiyyatda daha azad olmasıdır. Orada sahibkarlıq təbəqəsi və neft sektoru formalaşıb ki, bu da çox önəmlidir. Böyük ehtimalla Qazaxıstanda imitasiya demokratiyasını ən azı indiki mərhələdə və Nazarbayevdən sonrakı dövrdə qurmaq yetərli olacaq”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2086