Qazaxıstanda koronavirusdan sağalanların sayı 150 min nəfəri ötdü

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 766 yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 164 477 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 150 427 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.
Cebhe.info
Oxunma sayı: 562
Bizim Telegram səhifəmizi izləyin