hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək: Nazarbayev belə məsləhət görüb

Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək: Nazarbayev belə məsləhət görüb

Qazaxıstanda növbədənkənar prezident seçkisi 9 iyunda keçiriləck.

Cebhe.info xəbər verir ki, bunu xalqa müraciətində prezident səlahiyyətlərini icra edən Qasım Comərd Tokayev deyib.

O bildirib ki, erkən seçki qeyri-müəyyənliyi aradan qaldırmaq üçündür. Bununla yanaşı Tokayev qeyd edib ki, bu məsələdə Nursultan Nazarbayevlə də məsələhətləşib.

Tokayevin müraciətindən dərhal sonra bu barədə sərəncam imzalanıb. Mərkəzi Seçki Komissiyası seçkinin təşkili ilə bağlı hazırlıqlara başlayıb.

Tokayev bu barədə qərarı açıqlamazdan əvvəl bir sıra görüşlər keçirib. O, ölkədəki mövcud siyasi durumun müzakirəsi üçün siyasi partiya təmsilçiləri ilə görüş keçirib. Ardınca Senat sədri Dariqa Nazarbayeva, baş nazir Əsgər Mamin, Konstitusiya Şurasının sədri Qeyrət Mami, vitse-spiker Vladimir Bocko ilə də vəziyyəti müzakirə edib.

Xatırladaq ki, son seçkilər ölkədə 26 apreldə 2015-ci ildə keçirilib. O zaman Nazarbayev 97,7 faiz səslə qalib olub. Nazarbayevin səlahiyyət müddəti 2020-ci ildə bitməli olsa da, o, martda istefasını elan edib. Daha sonra prezident səlahiyyətlərinin icrası Tokayevə həvalə olunub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 4658