hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var

Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var

Qazaxıstanda hərbi təlim meydanında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qumbaranın partlaması nəticəsində 2 hərbi qulluqçuyaralanıb. Nazirliyin məlumatına görə, hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

"Ərazidə hərbi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ istintaq qrupu işləyir. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin versiyaya görə, hərbi qulluqçular təhlükəsizlik qaydalarını pozmaları nəticəsində xəsarət alıblar", - deyə nazirlikdən bildirilib.  

Cebhe.info


Oxunma sayı: 1772