hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Qazaxıstanlı idmançı azərbaycanlını duelə çağırdı

Qazaxıstanlı idmançı azərbaycanlını duelə çağırdı

Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev Cəsur Döyüş Federasiyası (Brave Combat Federation) ilə müqavilə bağlayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Bakı Döyüş Klubu”nun “instagram” hesabında paylaşım edilib. Babayev, federasiya ilə 5 döyüşlük sözləşmə imzalayıb.

Qazaxıstanlı döyüşcü Nurcan Akişev “instagram” hesabı vasitəsilə Aqşin Babayevi döyüşə çağırıb. O, iki il əvvəl Babayevlə döyüşməli olduğunu, lakin azərbaycanlı idmançının başqa şirkətlə müqavilə imzalamasına görə görüşün baş tutmadığını bildirib.

Babayevin Nurcana cavabı gecikməyib və o, “instagram” hesabı vasitəsilə döyüşə hazır olduğunu bildirib. Azərbaycanlı idmançı həmçinin, iki il əvvəl ona Akişevlə döyüşməyin təklif olunmadığını bildirib.

Aqşin Babayev 21 döyüşə çıxıb və 14 qələbə qazanıb, 6 dəfə məğlub olub, 1 döyüşü də rəqibin qadağan olunmuş yerə zərbə vurması səbəbindən baş tutmamış hesab olunub. Nurcan Akişev isə 8 döyüşün 6-da qələbə qazanıb, ikisində uduzub.

Cebhe.info


Oxunma sayı: 562