hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Qazi niyə intihar edib? - "Xanımı ata evinə gedib, qayınanayla münasibəti yaxşı deyildi" - BƏLƏDİYYƏ SƏDRİ

Qazi niyə intihar edib? - "Xanımı ata evinə gedib, qayınanayla münasibəti yaxşı deyildi" - BƏLƏDİYYƏ SƏDRİ

Xəbər verdiyimiz kimi, Daşkəsən rayonunun Pirverdilər kəndində Vətən müharibəsinin 31 yaşlı qazisi Həsənov Famil Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

O, intihardan öncə ailəsinə yazdığı məktubda "Oğlum və qızım, sizi çox sevirəm. Məni bağışlayın” sözlərini qeyd edib.

Hadisə ilə bağlı Cebhe.info-ya açıqlama verən Pirverdilər kənd bələdiyyəsinin sədri Məhəmməd Cəfərov bildirib ki, səbəb hələ dəqiq bilinmir:

"Polis araşdırması davam edir. İntihardan öncə məktub yazıb qoyub. Düzdür, sakit adam idi, ancaq bir az içkiyə meyilli idi. Kənd camaatı da onu sakit adam kimi tanıyırdı. Dekabr ayında hərbi xidmətdən qayıdıb. Son zamanlar ailəsində problemlər yaşayırdı. Həyat yoldaşının xəstəxanada olduğu deyilir, amma ola bilsin ki, o da öz ailəsinin evinə gedibmiş. Dəqiq bilmirəm bu barədə, amma ailədaxili münaqişələri olurmuş.

Gəlin-qayınana münasibətləri bir az yaxşı deyildi. Ola bilsin ki, bununla bağlıdır. Uşaqları da azyaşlıdır, təxminən 3-4 yaşlarında olarlar. Məktəbə getmirlə. Araşdırmalar bitəndən sonra nəticə tam dəqiq məlum olacaq".

Qeyd edək ki, əsgər F. Həsənov Vətən müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Gülnarə Məmmədova

Cebhe.info


Oxunma sayı: 4742