hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Qəbələdə partlayış: Ölən var

Qəbələdə partlayış: Ölən var

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Cebhe.info xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən soba partlayıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S.Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

Cebhe.info


Oxunma sayı: 661