hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Qəbiristanlığa getmək qadağan edildi: Cəriməsi 600 dollar

Qəbiristanlığa getmək qadağan edildi: Cəriməsi 600 dollar

Gürcüstanda məzarlıqlara ziyarət qadağan edilib.

Səbəb koronavirusun bu məkanlarda kütləvi ziyarətlər zamanı yayılma ehtimalının yüksək olmasıdır.

Cebhe.info xəbər verir ki, Paxsa bayramı günlərində məzarlıqlara insan axını olduğundan hökumət bu qərarı verməyə məcbur qalıb. Qadağa 5 mayadək qüvvədə olacaq.

Məzarlıqlara gedən bütün yollar bağlanıb, post-patrul xidməti keşik çəkir. Qadağanın pozulması müqabilində yüksək cərimə təyin olunub - 600 dollar.

Gürcüstanda Pasxanın ikinci günü yaxınların məzarını ziyarət etmək ənənəsi var. İnsanlar məzarların üstünə boyanmış yumurta aparır və dua oxuyurlar.

Ölkədə digər qadağalar da qüvvədədir. Kilsələrdə ibadətə az sayda adam buraxılır, gecə saat 23:00-dan 4:00-dək komendant saatı qüvvədədir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1178