hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Qəbiristanlığın su boruları oğurlandı

Qəbiristanlığın su boruları oğurlandı

Mingəçevirdə qəbiristanlığın su boruları oğurlanıb.

Cebhe.info xəbər verir ki, hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib.

Hələ ki, kimliyi müəyyən olunmamış şəxs və şəxslər tərəfindən qəbiristanlığa məxsus 100 metrdən çox uzunluqda dəmir su xətt boruları kəsilərək oğurlanıb. Oğurluq  hadisəsi qəbiristanlığın köhnə və hazırda ehtiyat xətti kimi nəzərdə tutulan borularında baş verib. Çünki ötən ilin sentyabrından etibarən qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə, qəbiristanlığa məxsus digər xəttin kəsilməsi xoşagələn hal deyil və cinayət hadisəsi olmaqla yanaşı, həm də ictimai qınaq hədəfinə çevrilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 617