hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qəbri qazıb xəzinə axtardılar

Qəbri qazıb xəzinə axtardılar

Türkiyənin Təkirdağ vilayətinin Malqara rayonunda 1948-ci ildə dəfn edilən vətəndaşın qəbri naməlum şəraitdə təkrar qazılıb. Qəbrin 1,5 metr dərinliyində qazılmasının səbəbi dəqiq bilinmir.

Cebhe.info xəbər verir ki, hadisə haqqında rayonun bələdiyyə başqanı Ünal Arslan danışıb.

O bildirib ki, qızıl tapmaq üçün qəbrin qazılması mümkündür: "Naməlum şəxslər tərəfindən qazılmış qəbir mənzərəsi heç xoş deyil. Təəccüb içindəyik. Məqsədləri nədir bilmirik, amma ağlımıza ilk gələn ehtimal odur ki, qızıl və ya hər hansısa xəzinənin axtarışında olublar. Təbii ki bu mənim fikrimdir, dəqiq səbəb məlum deyil.

Qazanların heçmi vicdanı ağrımayıb?"

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam edir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1002