hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Qədim mağarada neandertallar tapıldı:100 min əvvəl yaşayıblar

Qədim mağarada neandertallar tapıldı:100 min əvvəl yaşayıblar

İtaliyalı arxeoloqlar Roma şəhəri yaxınlığındakı Qvattari mağarasında 9 neandertal insanın daşlaşmış qalıqlarını aşkar ediblər.

Cebhe.info xəbər verir ki, bu barədə AP məlumat yayıb.

İtaliya Mədəniyyət Nazirliyinin məlumatına görə, 1939-cu ildə də bu mağarada neandertal skeleti tapılıb. İndi isə arxeoloqlar daha çox qalıqlar aşkarlayıblar.

Bu qalıqların təxminən 65-100 min il bundan əvvələ aid olduğu bildirilib.

Qeyd edək ki, antropoloq Mauro Rubininin fikrinə görə, Qvattari mağarası ibtidai insan cəmiyyətinin yaşadığı məkan olub.

Xatırladaq ki, sözügedən mağarada aparılan qazıntı işləri 2019-cu ildən davam etdirilir.
Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1068