hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Qəhvə ürəyə necə təsir edir? - ARAŞDIRMA

Qəhvə ürəyə necə təsir edir? - ARAŞDIRMA

Amerikalı alimlər gözlənilməz bir kəşf ediblər.

Cebhe.info xəbər verir ki, tədqiqatçılar qəhvənin ürək ritm pozğunluğu olan insanlar üçün faydalı olduğu qənaətinə gəliblər.

Bu barədə "JAMA Internal Medicine" jurnalında məqalə dərc edilib.

Məqalədə bildirilib ki, mütəxəssislər araşdırma nəticəsində kofeinin aritmiya riskini artırmadığını təsdiq ediblər.

"Bu içkinin gündəlik qəbulu aritmiya inkişaf ehtimalını 2,5%-dən çox azaltdığını müəyyən etmişik", - alimlər bildirib.

Qeyd edək ki, alimlər ürək xəstəlikləri olan xəstələrə səhər və ya günortadan sonra yalnız bir fincan qəhvə istehlak etmələrini tövsiyə ediblər.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 507