hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Qələbə ölkəmizi riskli bölgə olmaqdan çıxarıb: “Azərbaycan investisiyalar üçün daha cəlbedici olur”

Qələbə ölkəmizi riskli bölgə olmaqdan çıxarıb: “Azərbaycan investisiyalar üçün daha cəlbedici olur”

Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası milyardlarla vəsait tələb edir.

Məlum olduğu kimi, həmin ərazilərdə bir sıra işlərə başlanıb, pandemiya bitdikdən sonra həmin işlərin daha da sürət götürəcəyi gözlənilir. Hesab olunur ki, əraziləri işğaldan azad edilən Azərbaycan dünya ölkələri üçün cəlbedici olacaq.

Bu, Qarabağda böyük layihələrin nəzərdə tutulması ilə yanaşı, həm də də bölgənin münaqişəli bölgə statusundan çıxması ilə əlaqədar olacaq.

İqtisadçı Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, investitsiya qoyuluşunun əsas şərtlərindən biri siyasi sabitliyin olması, münaqişələrin olmamasıdır:

“Əgər Azərbaycan tərəfi bu şərtləri tam olaraq təmin etməyə nail olarsa, biz qeyri-neft sektorunda investitsiya qoyuluşunun bərpasının şahidi ola bilərik. Məlumdur ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma, bərpa işləri həyata keçirilir, bunun üçün büdcədən təxminən 2,2 milyard manat vəsait ayrılıb. Bu, kifayət qədər böyük məbləğdir. Orada hava limanı tikilir, kommunikasiya-infrastruktur layihələri bərpa olunur, yeni elektrik xətləri çəkilir. Bundan başqa, orada olan su elektrik stansiyalarının bərpası həyata keçirilir. İşlər böyük bir sürətlə davam edir və həmin işlərdə ölkədən kənar şirkətlər də yaxından iştirak edir. Prezident İlham Əliyev də öz çıxışlarında bildirib ki, bu işlərdə xarici, yəni Azərbaycana dost ölkələrin də yaxından iştirak etmələri üçün çağırış edib”.

İqtisadçı bildirib ki, yaxın zamanlarda həm Azərbaycanın öz gücünə ayrılacaq vəsait, həm də hərbi münaqişə riski tam aradan qalxarsa, xarici şirkətlərin qoşulması nəticəsində işğaldan azad olunmuş bölgələrin bərpası sürətlənəcək.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 1299