hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qərargahın taksilərlə bağlı qərarına ETİRAZ

Qərargahın taksilərlə bağlı qərarına ETİRAZ

"Operativ Qərargahın taksi ilə bağlı lazımsız qərarı... Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonları taksi fəaliyyətini də qadağan etməsi çox gülüncdür".

Cebhe.info xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert Operativ Qərargahın bazar günü taksilərin fəaliyyəti ilə bağlı verdiyi qərarı lazımsız adlandırıb:

"Polis, prokurorluq, hərbi və kommunal sahələr, zəruri ehtiyac obyektləri, marketlər, apteklər, jurnalistlər işləyəcək. Axı bu qərarı qəbul edənlər niyə anlamır ki, bu sahədə çalışanların hamısının şəxsi avtomobili yoxdur? Məgər bütün polislərin maşını var? Bütün jurnalistlərin maşını var?

Metro bağlı, avtobus işləmir, taksini də bağladıq. Bəs sonra? Bu camaat necə olacaq? Üzərində hansısa taksi şirkətinin emblemini gəzdirən taksi sürücüsü tutaq ki, həftəsonu ailəsini harasa aparsa, tutub cərimə yazacaqlar? Axı bunun hüquqi forması da yoxdur. Yol polisi bütün maşınları saxlayıb yoxlamalıdır ki, görsün taksidir ya yox? Onsuz da gizli yolla da olsa, taksilər işləyəcək və buna ehtiyac var. Sadəcə belə mənasız qərarların qəbulu narazılıq yaradır.

Çox biabırçı qərardır. Təsəvvür edin ki, sizi təyyarədə girov götürürlər. Sonra isə azad edirlər və təyyarədən yerə atırlar ki, get yaşa. Amma paraşüt vermirlər. Bizim Operativ Qərargahın qərarı da təxminən buna bənzəyir".

Naibə
Cebhe.info


Oxunma sayı: 4665

Bizim Telegram səhifəmizi izləyin