t Qeyri-neft sektorunun gəlirləri artıb - Nazir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Qeyri-neft sektorunun gəlirləri artıb - Nazir

Qeyri-neft sektorunun gəlirləri artıb - Nazir

"Son 5 il ərzində qeyri-neft sektorunun artım tempi yüksəlib. İlkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib".

Cebhe.info xəbər verir ki, bunu "2019-cu ilin sosial-iqtisadi yekunları"na həsr olunmuş tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1.9 milyard ABŞ dollarını ötüb: 

"Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib. Bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır".

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 496