hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Qəza bu əraziləri susuz qoydu

Qəza bu əraziləri susuz qoydu

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlətdən üzr istəyib.

Qurum rəsmisi deyib ki, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 639