hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Qəzza zolağında növbəti toqquşma: 49 yaralı

Qəzza zolağında növbəti toqquşma: 49 yaralı

Qəzza sektorunun şərq sərhədlərində İsrail ordusu ilə fələstinli nümayişçilər arasında sərt toqquşmalar yaşanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi informasiya yayıb.

Məlumata görə, qarşıdurmalar zamanı 49 fələstinli yaralanıb. Yaralananlar arasında 22 uşaq da olub.

Qeyd edək ki, Qəzza sektorunda 2018-ci ilin 30 martından etibarən ən azı həftədə bir dəfə fələstinlilərin dinc aksiyaları keçirilir. Hesablamalara görə, aksiyalar zamanı İsrail ordusu ilə yaranan qarşıdurmalarda 310 fələstinli həlak olub, 20 mindən çox insan isə yaralanıb.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 760