QHT sədri İctimai Şuraya namizədliyini geri götürdü

“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuraya səsvermələr başlayıb. Bildirmək istəyirəm ki, namizədliyimi irəli sürsəm də, İctimai Şurada iştirakımı geri çəkirəm”.
Cebhe.info xəbər verir ki, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Baxmayaraq ki, qadınların sosial müdafisəinin gücləndirilməsi, gender əsaslı zorakılıq qurbanlarının inteqrasiya məsələləri ilə bağlı təkliflərim yenə də qüvvədədir. Ümidvaram, dost QHT-lər bu məsələləri diqqətdə saxlayacaqlar”, -deyə o bildirib.
QHT sədri qeyd edib ki, özünü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasında sınayacaq: “Bu, daha uygun və daha effektiv olar. Təbii ki, səs toplasam...”
Cebhe.info
Oxunma sayı: 705
Bizim Telegram səhifəmizi izləyin