hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Qintsburq: " Yoluxmanın artmasında vaksin olunmayan şəxslərin rolu böyükdür”

Qintsburq: " Yoluxmanın artmasında vaksin olunmayan şəxslərin rolu böyükdür”

Qamaley adına Rusiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq son günlərdə Rusiyada koronavirusun artım dinamikasından danışıb.

Cebhe.info xəbər verir ki, onun sözlərini “RİA Novosti" yayıb.

Qintsburqun sözlərinə görə, Rusiyada son günlər koronavirusa yoluxma sayının çoxalması yay fəslində ünsiyyətin aktivləşməsi və insanların fəallaşmasıdır.

"Yoluxmanın artmasında vaksin olunmayan şəxslərin rolu böyükdür", - deyə o bildirib.

Qintsburq vaksinasiyanın xeyrindən danışaraq vurğulayıb ki, vaksin olunan şəxslər COVID-19-a yoluxsa da, bu epidemiyanı yüngül formada keçirirlər:

"Buna görə də mən rusiyalıları peyvənd olunmağa çağırıram. Bu yolla onlar həm özlərini, həm də yaxınlarını pandemiyadan müdafiə etmiş olacaqlar", - deyə direktor əlavə edib.

Qeyd edək ki, Rusiyada beş gündür ki, koronavirusa yoluxma artım dinamikası üzrə inkişaf edir. Son sutkada 10 min 407 koronavirusa yeni yoluxma faktı qeydə alınıb. Bu faktın 4 min 124-ü paytaxt Moskvada aşkarlanıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 738