hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qırğızıstanı Rusiyaya "birləşdirən" sabiq səfirə ciddi etiraz: "YALANDIR"

Qırğızıstanı Rusiyaya "birləşdirən" sabiq səfirə ciddi etiraz: "YALANDIR"

“Rusiya Federasiyası ərazisində olan Qırğızıstan vətəndaşları, keçmiş səfir Raiymkul Attokurovun “Qırğızıstanın Rusiyaya qoşulma ehtimalını müzakirə edir” ifadəsinə aydınlıq gətirmək üçün Qırğızıstan Səfirliyinə müraciət edirlər”.

Cebhe.info-nun məlumatına görə, səfriliyin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Diplomatik korpusdan bildiriblər ki, bu cür açıqlamaların ciddi əsası yoxdur:

"Attokurovun özü Rusiya Federasiyasının vətəndaşıdır və öz şəxsi fikirlərini ifadə edib. Qırğızıstan müstəqil, suveren bir dövlətdir, beynəlxalq hüququn bir subyektidir və beynəlxalq münasibətlərin tam iştirakçısıdır. Bundan əlavə, konstitusiyaya görə, rus dili dövlət dili deyil, rəsmi dildir. Qırğızıstan rəhbərliyi dövlətimizin suverenliyini, ərazi bütövlüyünü qorumaq və milli maraqları təmin etmək üçün əzmkar kurs həyata keçirir”.

Açıqlamada həmçinin, qeyd edilir ki, Qırğızıstan-Rusiya münasibətləri qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, ictimaiyyəti və diaspor təşkilatlarının rəhbərlərini dövlət maraqlarına zərər verə biləcək təxribat xarakterli açıq bəyanatlardan çəkinməyə çağırır.

Qeyd edək ki, bu günlərdə Qırğızıstanın Rusiyadakı sabiq səfiri Raimkul Attakurov "Правда.ру" portalına sensasion açıqlama verib. O, Qırğızıstanda Rusiyanın tərkibinə qatılmaq məsələsinin müzakirə olunduğunu deyib. Bu açıqlama ciddi narahatlığa səbəb olub və sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 1948