hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Qırğızıstanla Tacikistanın sərhəd problemi həllini tapır

Qırğızıstanla Tacikistanın sərhəd problemi həllini tapır

Mayın 9-dək Qırğızıstan və Tacikistan arasındakı sərhəddin 112 kilometri müəyyən ediləcək.

Cebhe.info-nun məlumatına görə, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət nümayəndə heyətinə rəhbərlik edən Qırğızıstan Respublikası Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşıyev belə deyib.

“İmzalanmış protokola görə, müəyyənləşmək üçün 112 kilometr ərazi təqdim etdik. Bu iş mayın 5-dən 9-dək aparılacaq. Bu sahələr razılaşmalara daxil edildikdən sonra prezidentlər həmin sənədləri imzalayacaq və təsdiqləyəcəklər, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işlərə başlayacağıq”, -deyə Kamçıbek Taşıyev bildirib.

Lakin Tacikistan tərəfi sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı heç bir açıqlama verməyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 441