hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Qırmızı dənizdə İran tankeri partladı

Qırmızı dənizdə İran tankeri partladı

İrana aid olan və neft daşıyan tanker Qırmızı dənizdə partlayıb.

Virtualaz.org xəbər verir ki, insident Səudiyyə Ərəbistanını Ciddə liman şəhərindən təxminən 100 kilometr məsafədə baş verib.

Partlayış nəticəsində gəm ciddi zədələnib və yanıb, neft sızması baş verib. Heyət üzvlərindən xəsarət alan olmayıb. “Sinopa” adlı tanker İranın Milli neft şirkəti NİOC-a məxsusdur.

İran tərəfi hesab edir ki, baş verənlər terror aktıdır. İran dövlət televiziyası NİOC nümayəndəsinə istinadən tankerə iki mərmi düşdüyünü bildirir. Habelə partlayış nəticəsində tankerin iki neft rezervurarı sıradan çıxıb.

Körfəzdə tanker müharibəsi bir neçə ay əvvəl başlayıb. Əvvəlcə İran Səudiyyə Ərəbistanına aid iki tankerə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı sahillərində diversiya hücumu həyata keçirib. Daha sonra Böyük Britaniya ABŞ-ın sorğusu əsasında Hibraltarda İran tankerini həbs edib. Buna cavab olaraq İran da Böyük Britaniya tankerini saxlayıb. Körfəzdə bu ilin iyun ayında daha iki tankerə hücum olub.

Cebhe.info


Oxunma sayı: 6095