hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Qışda qazanılmış artıq piyləri necə əritmək olar? - HƏKİM RƏYİ

Qışda qazanılmış artıq piyləri necə əritmək olar? - HƏKİM RƏYİ

Rusiyalı dietoloq Arina Skoromnaya qışda qazanılmış piyləri necə əritməyin üsullarından danışıb.

Cebhe.info xəbər verir ki, həkim bu barədə "Sputnik" radiosuna müsahibə verərkən ideal vasitələrdən istifadədən söhbət açıb.

Həkimin sözlərinə görə, piyləri əritmək üçün ən ideal vasitə sürətli yerişdir:

"Bunun üçün hər gün ən azı 20 dəqiqə sərf etməklə saatda 5-7 km məsafə qət edilməlidir. Həmçinin hündür bir təpəyə dırmaşmaq da piylərin əriməsinə səbəb olur.

Çünki sadaladığım hər iki halda insan çoxlu kalori itirir", - deyə dietoloq vurğulayıb.

Həkim qeyd edib ki, bu hərəkətlər edilən zaman mütləq ayaqqabı seçiminə diqqət yetirilməlidir:

"Belə ki, ayaqqabılar düzgün seçilmədikdə sizdə ploskostopiya xəstəliyi yarana bilər. Buna görə də ortopedik "krossovka"lar ən əlverişli ayaqqabı seçimidir", - deyə Skoromnaya əlavə edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1046