hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qiymətləndirmə bazarında yeni düzən: “Bu sahədə dövlət tənzimlənməsinə ehtiyac var” - Ekspert

Qiymətləndirmə bazarında yeni düzən: “Bu sahədə dövlət tənzimlənməsinə ehtiyac var” - Ekspert

Qiymətləndiricilər dempinq və haqsız rəqabətə qarşı mübarizə aparacaqlar. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyi bu barədə bildirib.

Təşkilat bildirir ki, son dövrlərin təcrübəsi göstərir ki, qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin bəziləri standartların keyfiyyət tələblərinə və etik davranış qaydalarına əməl etmir, haqsız rəqabətə yol verir, müxtəlif yollarla və qanunazidd əməlləri ilə xidmət bazarında inhisarçı mövqe tutmağa çalışır, sifarişçilərin mənafeyini güdən əsassız hesabatlar hazırlayırlar. Bununla da bəzi hallarda ölkənin qanunları pozulur. Belə olan halda istehlakçıların hüquqları pozulur, ictimai narazılıq yaradır, bu sahədə ölkənin beynəlxalq aləmdə nüfuzunu aşağı salır. Belə hallara yol açan əsas vasitələrdən biri isə dempinq və haqsız rəqabətdir. Buna görə də qiymətləndirmə peşəsinin nüfuzuna xələl gətirən, qiymətləndiricilər arasında mövcud olan qarşılıqlı hörmət ənənəsinə ziyan vuran bəzi qiymətləndiricilərlə birgə mübarizə zərurətə çevrilib.

Bu baxımdan bu qanun pozuntularına qarşı birgə mübarizə aparılması Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin aparıcı üzv şirkətləri ölkədə xidmət göstərən bütün qiymətləndirmə şirkətləri, fərdi və xarici ekspertlər, tərkibində bu xidmətlə məşğul bölmələri olan konsaltinq, audit və digər təşkilatlar, eləcə də bu xidmətdən yararlanan qurumlar qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayıb. Sazişin ümumi mahiyyəti ondan ibarətdir ki, qiymətləndircilər ortaq maraqları həyata keçirmək və birgə məqsədlərə nail olmaq niyyəti ilə öz münasibətlərini bərabərlik, dürüst və vicdanlı tərəfdaşlıq, “Qiymətləndiricilərin Etika Məcəlləsi”nin tələblərinə riayət etməklə, eyni zamanda, bir-birinin maraqlarını müdafiə etməklə qurmağa xidmət edəcəklər.

Bu saziş nəyi dəyişəcək? Razılaşma bu sektorda nizam yaradacaqmı?

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Cebhe.info-ya açıqlamasında deyib ki, əslində bu sahədə dövlət tənzimlənməsinə ehtiyac var:

“Bir qeyri-hökumət təşkilatının faktiki olaraq indiki halda bu məsələ ilə mübarizə aparmaq imkanları və gücü xaricindədir. Çünki qeyri-hökumət təşkilatının əlində hər hansı bir inzibati resurs mövcud deyil. Konkret desək, bəziləri bu, sazişi pozacaq və yaxud ona qoşulmayacaq. Bazarda fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinə qarşı mübarizə imkanları məhduddur. Amma gələcəkdə də bu istiqamətdə hansısa addımlar atmağı düşünürük. Sazişin əsas məqsədi ondan ibarətdir ki, adətən qeyri-professional, yeni yaranmış, heç bir işçi qüvvəsinə malik olmayan, faktiki olaraq bir çox hallarda fəaliyyət planı belə olmayan bır sıra şirkətlər rəqabətdən kənara çıxırdılar. Bir çox hallarda hansısa bir dövlət qurumunda keçirilən tender zamanı ciddi təşkilatların verdiyi qiymətdən bir neçə dəfə aşağı qiymət təklifini irəli sürürdülər. Nəticə etibarilə hansısa bir tenderin qalibi hesab olunurdular. Sazişi imzalayan şirkətlər bundan sonrakı dövrlərdə bu müqavilənin şərtlərinə uyğun olaraq fəaliyyət göstərəcəyik. Çox güman ki, qeyd etdiyim problemlər bundan sonra ortaya çıxmayacaq. Hər bir halda buna zaman lazımdır. Bir müddət sonra bu haqda danışmaq mümkün olacaq ki, bu saziş bizə nə verdi? İndidən proqnoz olaraq mənim ümidlərim o qədər də böyük deyil. İstənilən halda bu, tərəfimizdən bir cəhddir və hesab edirik ki, uğurla nəticələnəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 650