hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Qız qalası qarşısında konsert olacaq: Musiqi gününə töhfə

Qız qalası qarşısında konsert olacaq: Musiqi gününə töhfə

“18 sentyabr Milli Musiqi günüdür. Bakı sakinlərinə, qonaqlara günün stressini, yorğunluğunu atmaq üçün yardımçı ola bilərik.  

Gəlin İçərisəhərə. Dahi Üzeyir bəyin doğum günü münasibəti ilə möhtəşəm konsert təşkil edəcəyik. Qız qalası önündə, üzü Xəzərə. Gözəl Bakı mənzərəsi, musiqi dolu aura, xoş əhval-ruhiyyə dolu gün olacaq”. 

Cebhe.info xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə,   Milli Musiqi günü və dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacibəylinin doğum günü münasibətilə Qız Qalasının önündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Televiziyası və Mədəniyyət kanalının birgə layihəsi əsasında konsert təşkil olunacaq.

Konserti əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri idarə edəcək. Kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqovdur.

Konsertdə Üzeyir Hacıbəylinin və digər tanınmış bəstəkarların əsərləri Azərbaycan Televiziyası və Radiosunun solistləri, eyni zamanda, başqa sevilən müğənni və musiqiçilər tərəfindən ifa olunacaq.

Konsert saat 17:00-da başlayacaq.

Cebhe.info


Oxunma sayı: 826