hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qızğın buğa Bursanı ayağa qaldırdı

Qızğın buğa Bursanı ayağa qaldırdı

Bursada Qurban bayramı üçün alınan buğa sahibinin əlindən qaçaraq ətrafdakılara çətin anlar yaşadıb.

Cebhe.info xəbər verir ki, Bursanın İldırım rayonunda sahibinin əlindən qaçan buğa vətəndaşların cəhdlərinə rəğmən tutula bilməyib.

Qaçan buğanı uzun müddət tuta bilməyən vətəndaşlar İldırım Baytarlıq mütəxəssislərinə xəbər verib.

Buğa 1 saat ərzində ətrafdakı paltar mağazasına da böyük ziyan vurub. Belə ki, mağazaya girən buğa mağaza sahibini və müştəriləri qorxudub.

Mağazadakı müştərilərin məlumatına görə, qorxudan halı pisləşənlər də olub. Əraziyə çağırılan baytarlıq heyətinin 1 saatlıq cəhdlərindən sonra buğaya keyləşdirici iynə vurulub. Sakitləşən buğa sahibinə qaytarılıb.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 716