hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Qızların abortla məhvi - Hüquq müdafiəçisi  çıxış yolu göstərdi

Qızların abortla məhvi - Hüquq müdafiəçisi  çıxış yolu göstərdi

Azərbaycanda üç ayda 30 mindən çox körpə doğulub. Doğulan uşaqların 53,5 faizi oğlan, 46,5 faizi isə qızdır. Son illər Azərbaycanda doğulan körpələr arasında oğlanlar çoxluq təşkil edir. 

Statistik göstəricilərə əsasən, doğulan hər 105 oğlana orta hesabla 100 qız uşağı düşür. Azərbaycanda cinsi ayrı-seçkiliyə görə selektiv abortlar çoxalıb.  Məlumat üçün bildirək ki, cinsə görə selektiv abortlar Azərbaycanda qadağan deyil. Hətta 2011-ci ildə bu sahədə qanunvericilik layihəsi də hazırlanırdı. Amma problemin həlli üçün əməli addımlar atılmadı. Azərbaycanda doğulan uşaqların çoxluq oğlan təşkil etməsi gələcəkdə maskulinizasiya təhlükəsi yarada bilər. Bu həm də azyaşlı qızların zorla nikaha cəlb edilməsi, qaçırılması, zorlanması və ya təcavüzə məruz qalması, hətta azyaşlı oğlanların da zorlanması hallarına gətirib çıxara bilər. 

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov Cebhe.info-ya açıqlamasında cins nisbətinin pozulması təhlükəsindən danışıb:

“Cinsiyyətin müəyyənləşdirilməsinə xidmət edən ultrasəs müayinənin (UZİ) ləğvi gündəmə gəlməlidir. Əsas problem budur. Heç kim istəmir ki, qız doğulsun. Çünki qız uşağı yük baxımından da problemdir. Onu da deyim ki, hazırda dünyada da qadınlar çatışmır”.

QHT rəhbərinin fikrincə, qız uşaqlarının cinsi nisbətin bərabərləşdirilməsi üçün müəyyən güzəştlərin tətbiqinə də ehtiyac yoxdur. Bu oğlan və qız uşaqları arasında diskriminasiya yaradacaq. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 969