hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Qohumların eyni bankda işləməsinə QADAĞA: Prezident qərar imzaladı

Qohumların eyni bankda işləməsinə QADAĞA: Prezident qərar imzaladı

Qohumlar artıq nəinki dövlət müəssisələrində, həm də banklarda bir yerdə işləyə bilməyəcəklər. 

Cebhe.info xəbər verir ki, bu barədə qərar Tacikistanda verilib. Prezident İmaməli Rəhmon qohumların kredit təşkilatlarında birgə işləməsini qadağan edən qərarı imzalayıb.

Prezidentin belə bir qərar verməsinə səbəb banklarda qeydə alınan korrupsiya faktları olub. Dövlət başçısı hesab edir ki, qohumların bir yerdə işləməsi korrupsiyaya imkan yaradan amillərdəndir. Buna görə də Tacikistanda bundan sonra qadağa tətbiq ediləcək.

Rəsmi məlumata görə, ölkədə bank sektorunda çalışan 372 nəfər qarşı son 10 ildə cinayət işi açılıb. Onlar yaxın adamlarına zaminsiz və girovsuz kredit veriblər. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 4951