hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Qonaqlıqdan qayıdan ailə qəzaya düşdü - 1 yaşlı uşaq öldü

Qonaqlıqdan qayıdan ailə qəzaya düşdü - 1 yaşlı uşaq öldü

Qubada avtomobil aşıb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə rayonun Quba-İspik yolunun meşəlik ərazisindən keçən hissəsində baş verib.

Sürücü Elnur Qeybəli oğlu Qədirovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.

Avtomobildə olan azyaşlı, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb, anası və nənəsi yaralanıb. 

Xəsarətlər alan uşağın nənəsi Vəzifə Buxsay qızı Qədirova və uşağın anası Yeganə Əmrulla qızı Poladova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, ailə əslən Quba rayonunun İspik kəndindəndir, rayonun Zərdabi qəsəbəsində yaşayır və orada daimi qeydiyyatdadır. Hadisə qonaq getdikləri İspik kəndindən qayıdarkən baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 936