Qondarma rejimi tanımayan Fransa rəsmisi Ermənistana gəlir

Fransa Xarici İşlər Nazirlyinin dövlət katibi Jan-Batist Lemuan Ermənistana səfər edəcək.
Cebhe.info-nun məlumatına görə, bu barədə Fransanın Ermənistandakı səfirliyi açıqlama yayıb.
İki gün davam edəcək səfrin Ermənistana humanitar yardım məqsədi daşıdığı bildirilir. Jan-Batist Lemuan Ermənistan rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Lemuan rəsmi Parisin “Dağlıq Qarabağ Respublikasını” tanımadığını bildirib. Onun bu mövqeyində nə qədər səmimi olduğu İrəvana səfəri zamanı müəyyənləşəcək.
Müşfiq Abdulla
Cebhe.info
Oxunma sayı: 760
Bizim Telegram səhifəmizi izləyin