hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Qondarma rejimin “andiçmə”si: “Biz Rusiya hərbi məktəblərində yetişən zabitlərlə Qarabağı ala bilməyəcəyik”

Qondarma rejimin “andiçmə”si: “Biz Rusiya hərbi məktəblərində yetişən zabitlərlə Qarabağı ala bilməyəcəyik”

“Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin "andiçmə" mərasimini təşkil etməsi, Azərbaycana mesajdır. Bu şounu Xankəndində də keçirə bilərdilər. Şuşanın Azərbaycan üçün mədəni-mənəvi anlamını kəsb etdikləri üçün bunu qəsdən edirlər”.

Cebhe.info xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə məsələni şərh edib.

O bildirib ki, qondarma seçkidə qalib gələn Araik Artunyan formal bir fiqurdu:

“Araik Artunyan əsasən, Rusiyaya bağlı şəxsdi. Qeyd edim ki, possovet məkanında bütün separatçı qurumların rəhbərləri Moskvaya bağlıdır və onlara əsasən, dislokasiya olunmuş Rusiyanın hərbi hissələrində kəşfiyyat qurumu, yaxud da bu ölkədə səfirliyi nəzarət edir. Qarabağdakı separatçı qurum əsasən, Rusiyanın "102-ci hərbi" bazası tərəfindən idarə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər ordunun maddi-texniki bazasını gücləndirib. Orduya ayrılan vəsait demək olar ki, silahlı qüvvələrin dünya reytinq sırasına yüksəlib. Ordunun döyüş qabiliyyəti və texniki imkanları kifayət qədər gücləndirilib. Bu əsasən tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla ciddi əməkdaşlığımızın bariz nümunəsədir. Ordumuzun güclənməsi heç də Rusiyadan aldığımız silahlar hesabına olmayıb”.

Politoloq qeyd edib ki, Ermənistanın işğal olunmuş ərazilərində reallaşdırdığı hərbi infrastrurktur layihələr, həmçinin müdafiə xəttini gücləndirməsi, yeni silahların buraya yerləşdirməsi, açıq şəkildə danışıqlarda hər hansı bir güzəştə getməyəcəklərini göstərir:

“Bir məsələni bilməliyik ki, Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. Artıq 30 ildir ki, eyni ssenari davam edir. Bundan sonra da Ermənistan bu siyasəti davam etdirəcək. Yalnız geosiyasi şərtlər daxilində Türkiyə ilə birgə koordinasiyalı şəkildə çalışaraq hərbi təzyiqlərlə vəziyəti dəyişmək lazımdır. Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir.

Onu da deyim ki, Azərbaycan hərbi kursantlarını Rusiyanın hərbi məktəblərinə göndərmək milli təhlükəsizliyimiz üçün təhdiddir. Bu gün Rusiyanın hərbi məktəblərində müəllimlər ermənilər və ermənilərə bağlı olan şəxslərdi. Rusiyanın hərbi məktəblərində oxuyan hərbçilərin çoxu birmənalı olaraq Rusiya kəşfiyyatına bağlı olacaqlar. Məhz Rusiya daima Azərbaycan kursantlarını Rusiyada oxumaq üçün təşviq edir və tələb edir. Rusiya hərbi məktəblərində yetişən zabitlərlə biz Qarabağı ala bilməyəcəyik. Əvvəlki illərdə Azərbaycan zabitləri, kursantları NATO məkətblərində və Türkiyədə təhsil alırdı. Hazırda bu, demək olar ki, Rusiya hərbi məktəbləri ilə əvəz edilib. Buna son vermək lazımdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 13498