hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Qoruyucu geyimlər, təcili tibbi yardım, karantin - ÜST-ün nümayəndələri Çində belə qarşılandı

Qoruyucu geyimlər, təcili tibbi yardım, karantin - ÜST-ün nümayəndələri Çində belə qarşılandı

Çində koronavirusun ilk yayıldığı Uhan şəhərinə səfər edən Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələri xüsusi geyimdə qarşılanıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, ÜST nümayəndə heyəti koronavirusun mənşəyini araşdırmağa başlamazdan əvvəl 2 həftə karantində qalacaq. Onlar bu müddətdə çinli həmkarları ilə ancaq videoəlaqə vasitəsilə müzakirələr aparacaqlar.

Çin televiziyasında yayılan kadrlardan aydın olur ki, ÜST təmsilçilərini qarşılayan şəxslər xüsusi qoruyucu kostyum geyiniblər. Həmçinin, qarşılanma zamanı ətrafda təcili tibbi yardım maşınlarının olması diqqəti çəkib.

Xatırladaq ki, bəzi iddialara görə, koronavirus laboratoriya şəraitində hazırlanb və ehtiyatsızlıq səbəbindən yayılıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1629

Bizim Telegram səhifəmizi izləyin