hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Qoşunlar evə qaytarılacaq: Prezidentliyə namizədlər VƏD EDİR

Qoşunlar evə qaytarılacaq: Prezidentliyə namizədlər VƏD EDİR

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacaq Elizabet Uorren Əfqanıstandan qoşunların çıxırılması tərəfdarı olduğunu açıqlayıb. 

Cebhe.info xəbər verir ki, Demokrat Partiyanın namizədi, Massaçusets ştatından olan senator bildirib ki, ordudan hərbi yolla həlli olmayan problemə görə cavab istəmək doğru deyil.

Sosial sorğulara görə, namizədlər arasında liderlik edən sabiq vitse-prezident Co Bayden də hələ əvvəldən Əfqanıstandakı ABŞ hərbi kontingentinin artırılmasına qarşı olduğunu vurğulayıb. O da qoşunların evə qaytarılmasını vəd edib. 

Vermontdan olan namizəd-senator Berni Sanders isə qeyd edib ki, o, İraq və Əfqanıstana ordu yeridilməsinə qarşı səs verən yeganə şəxs olub. Bununla yanaşı, senator əlavə edib ki, düşmənin kim olduğunun bilinmədiyi bir təqdirdə orduya 750 milyard dollar ayrılması məntiqli deyil.

Xatırladaq ki, bu ilin avqustunda mətbuat ABŞ və "Taliban" arasında danışıqlardan və razılaşmadan yazırdı. Məlumata görə, sülh bağlandıqdan sonra 5 min hərbçi Əfqanıstanı tərk etməli idi. Bu ölkədəki ABŞ hərbçilərinin sayı 14 mindir. 

Daha sonra Prezident Tramp əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə 8 sentyabrda planlaşdırılan görüşün təxirə salındığını açıqladı.

Xəzər
Cebhe.info


Oxunma sayı: 342