t Qriqorçuk “Qarabağ”a gəlir?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Qriqorçuk “Qarabağ”a gəlir?

Qriqorçuk “Qarabağ”a gəlir?

Ukrayna mətbuatı “Astana”dan ayrılan Roman Qriqorçukun karyerasına harda davam etməsi ilə bağlı yazı hazırlayıb.

Cebhe.info xəbər verir ki, yazıda “Qəbələ”nin sabiq çalışdırısının Azərbaycana qayıtmaq variantı da müzakirə olunub:

“Göründüyü kimi, şərqdə Roman Qriqorçukun sərgüzəştləri sona çatmaq üzrədir. Azərbaycanda ukraynalı məşqçi özü haqqında gözəl bir iz qoydu. Ancaq yerli çempionatda yalnız bir klub Qriqorçukun iddialarına uyğundur – “Qarabağ”. Amma orda uzun müddətdir Qurban Qurbanov uğurla işləyir və heç kim onun getməsini dilə gətirmir. Qazaxıstanda Qriqorçuk qeyri-müəyyən və qeyri-sabit nəticələrlə yadda qaldı. Məşqçinin özü yerli çempionatın çətinliklərindən, xüsusən də, uzaq məsafəli uçuşlardan danışdı. Qriqorçukun özü də çətin ki, orda qalmaq istəyirdi.

Ukrayna futbol dairələrində məşhur olan şərq yolu – Səudiyyə Ərəbistanı da real variant kimi görünmür. Qriqorçuk elə adlı-sanlı və məşhur məşqçi deyil ki, yerli şeyxləri cəlb etsin. Bəli, Çempionlar Liqasının qrup mərhələsinə yollanmağı arzulayan bir məşqçiyə indi Səudiyyə Ərəbistanına getmək qəribə olardı”.

Qeyd edək ki, 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdıran Qriqorçukun adı Kiyev “Dinamo”su ilə hallanır.

Cebhe.info


Oxunma sayı: 672