t Qriqorçukun yerinə o gətirildi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Qriqorçukun yerinə o gətirildi

Qriqorçukun yerinə o gətirildi

Qazaxıstanın "Astana" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Cebhe.info klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Mixal Bilek çalışdıracaq.

Hazırda Qazaxıstan millisində də baş məşqçisi vəzifəsini yerinə yetirən çexiyalı mütəxəssis "Astana" klubuna da rəhbərlik edəcək. Lakin onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis "Astana"nın baş məşqçi vəzifəsində bir müddət öncə komandadan ayrılan Roman Qriqorçuku əvəzləyib.

Cebhe.info


Oxunma sayı: 650