hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Quba yolunda yük maşınları TOQQUŞDU: Bir ailənin 3 üzvü öldü

Quba yolunda yük maşınları TOQQUŞDU: Bir ailənin 3 üzvü öldü

Bakı-Quba yolunda zəncirvari qəza baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nasosnu ərazisində üç avtomobil toqquşub. Nəticədə "MAN" markal yük maşını digər yük maşınına çırpılıb. Bundan başqa 10-FH-377 dövlət qeydiyyat nişanlı "VAZ 2107" minik avtomobili yük maşınına dəyib.

Qəza zamanı minik maşınında olan bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 727