t Qubada 58 yaşlı kişi bıçaqlanıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Qubada 58 yaşlı kişi bıçaqlanıb

Qubada 58 yaşlı kişi bıçaqlanıb

Quba rayonunda baçaqlanma olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində baş verib.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü Nəbi Camal oğlu Şəfiyev mübahisə zəminində həmkəndlisi Rauf Muradov tərəfindən bıçaqlanıb.

Nəticədə, N.Şəfiyev Boyunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası, traxeyanın zədələnməsi diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 661