hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Qubada alma bağının sahibini daşla öldürdü

Qubada alma bağının sahibini daşla öldürdü

Qubada qətl törətməkdə ittiham edilən Samir Mahmudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Unikal.org xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Mahmudovun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Mahmudov Eldar Əhmədovun Qubadakı alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. E.Əhmədov S.Mahmudovu və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıblar və dəfələrlə mübahisə ediblər. Sonuncu mübahisə zamanı S.Mahmudov alma bağında E.Əhmədova daş atıb. Daş onun baş nahiyəsinə dəyib. S.Mahmudov alma bağını tərk edib və bir neçə dəqiqə sonra E.Əhmədov dünyasını dəyişib.

S.Mahmudov ittihamla razılaşmır və özünü günahkar bilmir. Deyir ki, E.Əhmədov ağacdan yıxılaraq xəsarət alıb və dünyasını dəyişib.

Qeyd edək ki, S.Mahmudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Cebhe.info


Oxunma sayı: 463