hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

Qubada əl qumbaraları tapılıb

Qubada əl qumbaraları tapılıb

Quba rayonu ərazisində 3 ədəd "F-1" əl qumbaraları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində 3 ədəd F-1 əl qumbaralarının olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı əl qumbaralarını aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 738