hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Qumda şəkil çəkməyin: Cərimə və həbs oluna bilərsiniz

Qumda şəkil çəkməyin: Cərimə və həbs oluna bilərsiniz

İspaniyaya gedən turistlər qum üzərində rəsm çəkdiklərinə görə həbs oluna bilərlər. 

Cebhe.info The Sun-a istinadən bildirir ki, Qran-Kanariya adasının rəhbərliyi belə qanun qəbul edib.  Ətraf mühitin qorunmasına yönəlik tədbirlər nəticəsində artıq maarifləndirmə tədbirləri başlayıb.

Mətbuat yazır ki, bu adada dəniz sahilindəki qum ətraf mühitin əsas elementi sayılır. Ancaq turistlər qumda öz adlarını yazır. Müxtəlif fiqurlar çəkilir. Ekoloqlar bildirir ki, əgr turistlərin bu hərəkətlərinin qarşısı alnmasa, adanın qumuna ciddi ziyan dəyəcək.

Buna görə də ada rəhbərliyi dəniz qumu və daşlara şəkil çəkilməsini, yazı yazılmasını qadağan edib. Bu hərəkət 600 avro cərimə və hətta həbslə nəticələnə bilər. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 440