hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

"Adları siyasi məhbus siyahısında olanların əfv edilməsi..."- BAŞ REDAKTOR

"Adları siyasi məhbus siyahısında olanların əfv edilməsi..."- BAŞ REDAKTOR

"Prezident İlham Əliyev imzaladığı bu  sərəncamla humanizm nümayiş etdirdi və 431 nəfər əfv olundu. İlaxır çərşənbəyə 2 gün qalır və folklorumuza görə, kim bu çərşənbəni necə qarşılayarsa, tam 7 il də elə qarşılayar. Ona göə də bu əfvin xüsusi anlamı var. 24 saat müddətində tam icra olunacaq və siyahıda olanlar bu bayram günlərini öz ailələri, doğmaları ilə birlikdə qeyd edəcəklər".  

Cebhe.info xəbər verir ki, bunu "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov deyib. Baş redaktorun sözlərinə görə, adları siyasi məhbus siyahısında olanların əfv olunması həm dövlət adına, həm də o insanların azadlığı naminə xüsusilə sevindiricidir:

"Xüsusən keçmiş partiyadaşlarımız Gözəl Bayramlı və Fuad Qəhrəmanlının, keçmiş səhiyyə naziri Əli İnsanovun, NİDA-çılar İlkin Rüstəmzadənin, Qiyas və Bayramın, jurnalist Fikrət Fərəməzoğlunun adının olmasından şad olduq. 

Bu humanist addıma görə Prezident İlham Əliyevə, hüquq müdafiəçilərinə, Əfv Komissiyasının üzvlərinə təşəkkür etmək lazımdır ki, bu qədər ailənin sevincinə vəsilə oldular. Allah digər məhbusların da qapısını açsın!" 

Cebhe.info


Oxunma sayı: 1913