hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

"Dərin dövlət" Trampı qorudu: Araşdırmanın əks-sədası

"Dərin dövlət" Trampı qorudu: Araşdırmanın əks-sədası

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın Rusiya ilə şübhəli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller "Rusiya işinə" son verdi. Bəyanatda prezident seçkiləri ərəfəsində Trampın seçki qərargahının Rusiya ilə sözləşməsinin olmadığı qənaətinə gəlindiyi vurğulandı. Amma Rusiyanın haker hücumu ilə Trampın xeyrinə işlər görüldüyü dolayısı ilə qeyd edildi”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadə qeyd edib ki, Robert Müllerin əsas vəzifəsi məhz Rusiya ilə şübhəli əlaqələri ortaya çıxarmaq olub və bir neçə şəxs bununla bağlı vəzifədən kənarlaşdırılıb, həbs edilib:

“Proses Trampı hədəf alacağından ABŞ -ın “dərin dövləti” Trampı qorudu. ABŞ-ın beynəlxaql nüfuzu zədələnməsin deyə Müllerə təzyiq edilərək iddialar sübut olunmadan bağlanıldı. ABŞ-ın Yevangelist cameəsi, maliyyə maqnatları, yəhudi lobbisi Trampı qorudu və reytinqini qaldırdı. Artıq Tramp daxili siyasi sabitliyə nail oldu. Əsas strategiyası yəhudi lobbisinin, xristian Yevangelistlərin, neft və silah maqnatlarının planlarını həyata keçirmək olacaq.

Bu gün Trampın İsraili ciddi müdafiə etməsində əsas səbəb yəhudi lobbisinin dəstəyinə arxalanmağından irəli gəlir. Qüdsün paytaxt kimi tanınması, Colan təpələrini İsrailin ərazisi kimi qəbul edilməsi, həmçinin bir neçə ərəb ölkəsi ilə İsrailin əlaqələrinin bərpa edilməsi Trampın apardığı siyasətin nəticəsidir. Göründüyü kimi, ABŞ siyasi tarixində “dərin dövlət” yenidən prezidenti impiçmentdən qorudu”.
Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 491