hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

"Napoli" futbolçusuna 150 milyon qiymət qoydu

"Napoli" futbolçusuna 150 milyon qiymət qoydu

"Napoli" Avropanın nəhəng klublarının da yaxından maraqlandığı futbolçusu Xalidu Kulibalinin transfer dəyərini müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, 27 yaşlı müdafiəçini transfer etmək istəyən klub, ən azı 150 milyon avrosundan keçməlidir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə "Napoli"nin Kulibalini 150 milyondan aşağı qiymətə satmayacağı bildirilib.

Kulibalinin keçmiş meneceri Bruno Satin İtaliya mətbuatına açıqlamasında "Barselona"nın da oyunçunu bir neçə dəfə transfer etmək istədiyini deyib:

""Barcelona" onu bir neçə dəfə istədi. Hər komandada oynaya biləcək futbolçudur. Ancaq hazırda "Napoli"də xoşbəxt olduğunu bilirəm".

"Napoli" ilə 2023-cü ilə qədər müqaviləsi olan Kulibali, bu mövsüm 37 qarşılaşmada iştirak edib. Kulibalinin adı "Mançester Yunayted" klubu ilə də hallanır.

Cebhe.info


Oxunma sayı: 335