hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Qurban Qurbanov: 90 dəqiqə topa biz nəzarət etdik

Qurban Qurbanov: 90 dəqiqə topa biz nəzarət etdik

"Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında səfərdə "Partizani" ilə 0:0 hesablı heç-heçə edib. Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb: "Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı. Azarkeşləri önündə nə isə etməyə çalışırdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də olacaq.

Cebhe.info


Oxunma sayı: 727