hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik" - Qurban Qurbanov

"Qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik" - Qurban Qurbanov

"Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur".

Cebhe.info xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Ağdamın işğaldan azad olunması münasibətilə hər kəsi təbrik edib:

"İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".

Naibə
Cebhe.info


Oxunma sayı: 1266

Bizim Telegram səhifəmizi izləyin